SEPAH: İran ABŞ-nin hücumuna hazırdır

2026/06/1780388323.jpg
Oxunub: 198     20:33     10 İyun 2026    
ABŞ ilə İsrail nə 12 günlük savaş, nə də 40 günlük müharibədə İrana qalib gələ bilib.

Ordu.az xəbər verir ki, bunu İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehran vilayəti üzrə briqada generalı, "Məhəmməd Rəsulullah" korpusunun komandanı Sərdar Həsənzadə "Tasnim"ə müsahibəsində deyib.

"Düşmənlərimiz 12 günlük müharibədən əvvəl çox gurultulu bəyanatlar verirdilər, lakin döyüş meydanındakı reallıq fərqli idi", - o bildirib və əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın sözləri ziddiyyətlidir.

S. Həsənzadə bunu döyüş meydanındakı hazırkı mənzərə ilə izah edib:

"Bu gün dünya Hörmüz boğazı üzərindəki nəzarətdə silahlı qüvvələrin gücü və İran xalqının iradəsini görür".

Xatırladaq ki, S. Həsənzadə mayın 28-də İran ordusunun bütün bölmələrinin ən yüksək hazırlıq səviyyəsində olduğunu və ABŞ ilə İsrailin istənilən hücumuna cavab verməyə hazır oldğunu bəyan edib. ABŞ isə bu gün İrana çox güclü zərbə endirməyə hazırlaşır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran   ABŞ  


Bizi "telegram"da izləyin