Ordu.az xəbər verir ki, bu barədə məhkəmə zalından “RİA Novosti” agentliyinin müxbiri məlumat verib.
Bundan əvvəl Moskva Şəhər Məhkəməsi Markaryanı təqsirli bilərək onu 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmiş, həmçinin 4 il müddətinə internet resurslarını idarə etmək hüququndan məhrum etmişdi.
İş xüsusi prosedur qaydasında araşdırılıb. Belə ki, təqsirləndirilən şəxs günahını etiraf edib və istintaqla əməkdaşlıq barədə razılaşma bağlayıb.
Apellyasiya instansiyası əvvəlki qərarla razılaşaraq həm müdafiə tərəfinin, həm də cəzanın sərtləşdirilməsini tələb edən prokurorluğun şikayətlərini rədd edib.
İstintaq müəyyən edib ki, Markaryan ötən il Sovet İttifaqı Qəhrəmanı Aleksandr Matrosovun xatirəsinə qarşı təhqiramiz ifadələr və nasizm ideologiyasının bəraət qazandırılması kimi qiymətləndirilən şərhlər ehtiva edən videolar yayımlayıb.
Erməni bloger ötən yay Moskvaətrafı ərazidə saxlanılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, avtomobilin baqaj hissəsində gizlənirmiş.
Markaryan məhkəmədə günahını etiraf edib, peşman olduğunu bildirib və islah olunduğunu sübut etməyə hazır olduğunu qeyd edib. Müdafiə tərəfi yüngül cəza tələb etsə də, prokurorluq cinayətin səfərbərlik dövründə törədildiyini əsas gətirərək hökmü kifayət qədər sərt hesab etməyib.
Alpər Mövludoğlu
Ordu.az