Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
CENTCOM-un məlumatına görə, tanker qüvvədə olan məhdudiyyətləri pozaraq İrandan neft çıxarmağa cəhd göstərib.
Hadisənin 2026-cı il iyunun 9-da saat 23:14-də baş verdiyi bildirilib.
Məlumata əsasən, Palau bayrağı altında üzən “M/T Settebello” tankeri ekipajın ABŞ hərbi qüvvələrinin tələblərinə əməl etməməsindən sonra maşın bölməsi nahiyəsində yüksək dəqiqlikli sursatla vurulub.
CENTCOM iddia edir ki, aprelin 13-də elan edilmiş “blokada” başlayandan bəri səkkiz qayda pozan gəmi sıradan çıxarılıb.
Komandanlığın məlumatına görə, 134 gəmi verilən göstərişlərə əməl edib, humanitar yardım daşıyan 42 gəminin isə keçidinə icazə verilib.
Sevinc Əliyeva
Ordu.az