Tramp İsrail və Türkiyə arasında münaqişə gözləmir

2025/10/1760096622.jpg
Oxunub: 170     21:38     10 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İsrail və Türkiyə arasında mümkün gərginliyin artması ilə bağlı suala cavab verərək belə bir hadisənin baş verməyəcəyinə inandığını bildirib.

Ordu.az xəbər verir ki, Tramp jurnalistlərlə söhbəti zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yaxşı münasibətlərə malik olduğunu vurğulayıb.

“Mən Ərdoğanı çox bəyənirəm. O, güclü insandır. Düşünmürəm ki, Türkiyə ilə belə bir şey baş verəcək. Hər halda mən prezident olduğum müddətdə yox. Çünki Ərdoğan mənə hörmət edir, mən də ona hörmət edirəm”, - deyə Tramp bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İsrail   Türkiyə  


Bizi "telegram"da izləyin