Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, nəzarətedici prokuror bir qrup vətəndaş cəmiyyəti nümayəndəsinin təqsirləndirilən Artur Osipyan üçün zamin durmağa hazır olması ilə bağlı Ermənistanın Baş prokuroruna və nəzarətedici prokurora ünvanlanmış müraciətlərini də nəzərə alaraq, 2026-cı il iyunun 10-da onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbirinin ləğv olunması barədə qərar verib.
Qərar şəxsin dərhal azadlığa buraxılması məqsədilə Ermənistan Ədliyyə Nazirliyinin “Nubaraşen” cəzaçəkmə müəssisəsinə göndərilib.
Xatırladaq ki, Artur Osipyan 2026-cı il mayın 18-də Nikol Paşinyanla mübahisədən sonra saxlanılmışdı. O, seçki kampaniyası zamanı Paşinyana yaxınlaşaraq onu tənqid etmişdi.
Paşinyan isə sərt ifadələrlə cavab vermişdi. Hadisədən sonra Osipyan həbs olunmuş və həmin vaxtdan etibarən aclıq aksiyası keçirirdi.
Alpər Mövludoğlu
Ordu.az