Sibiqa: "AEBA və Aİ Çernobıl AES yaxınlığındakı yanacaq anbarına hücumu pisləyib"

2026/01/1767974037.jpg
Oxunub: 152     21:34     10 İyun 2026    
Avropa İttifaqı (Aİ) və 47 dövlət Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurasında Rusiyanın Ukraynanın Çernobıl Atom Elektrik Stansiyası (AES) yaxınlığındakı mərkəzləşdirilmiş nüvə yanacağı anbarına hücumunu pisləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, bu hücum onu göstərir ki, Rusiya Ukraynaya qarşı müharibə zamanı nüvə təhlükəsizliyini və mühafizəsini sarsıtmağa davam edir.

O, həmçinin Ukraynanın mülki obyektlərinə və nüvə infrastrukturuna endirilən zərbələrin dayandırılması, eləcə də Zaporojye AES-in Ukraynaya qaytarılması məqsədilə Moskvaya təzyiqlərin gücləndirilməsinin vacibliyini bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sibiqa   AEBA     Çernobıl   AES  


Bizi "telegram"da izləyin