ABŞ və müttəfiqləri İranı müxaliflərə və yəhudilərə qarşı sui-qəsdlər hazırlamaqda ittiham ediblər

2026/06/1781106417.jpg
Oxunub: 170     19:40     10 İyun 2026    
ABŞ, Kanada, Avstraliya və NATO-ya üzv bir sıra Avropa ölkələri İranı xaricdə yaşayan iranlı müxaliflərə, jurnalistlərə, eləcə də yəhudi və İsrail icmalarının nümayəndələrinə qarşı sui-qəsdlər və digər düşmən xarakterli fəaliyyətlər hazırlamaqda ittiham ediblər.

Ordu.az xəbər verir ki, bu barədə adıçəkilən ölkələrin yaydığı birgə bəyanatda qeyd olunub.

Sənəddə bildirilir ki, bu fəaliyyətlərdə İslam İnqilabı Keşikçiləri Korpusu və İranın digər xüsusi xidmət orqanları iştirak edə bilər. Qərb ölkələrinin iddiasına görə, həmin fəaliyyətlər Avropa, Şimali Amerika və Avstraliya ərazisində həyata keçirilir.

Bəyanat müəllifləri Tehranı bu cür fəaliyyətləri dərhal dayandırmağa çağırıb və öz vətəndaşlarının, eləcə də icmalarının təhlükəsizliyinə təhdid yaradan risklərə qarşı birgə mübarizə aparmağa hazır olduqlarını vurğulayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin