Ordu.az xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.
Etiraza səbəb “Settebello” ticarət gəmisinin iştirakı ilə baş vermiş insident olub. Hadisə zamanı gəmidə Hindistanın 24 vətəndaşı olub.
Hindistan tərəfinin məlumatına görə, ekipaj üzvlərindən 21 nəfər xilas edilib, üç nəfər isə itkin düşmüş hesab olunur.
Nyu-Dehli baş verən hadisəni pisləyərək bölgədə gərginliyin azaldılmasına və beynəlxalq ticarət gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsinə çağırıb.
Daha əvvəl Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazı yaxınlığında, Sohar şəhərindən təxminən 20 dəniz mili şimal-şərqdə insident baş verdiyini bildirmişdi.
Mətbuatın məlumatına görə, gəmi Hindistan Sahil Mühafizəsi və Oman hakimiyyət orqanlarının həyata keçirdiyi xilasetmə əməliyyatından bir gün sonra raket hücumuna məruz qalıb.
Sevinc Əliyeva
Ordu.az