Ordu.az xəbər verir ki, bu barədə Vuçiç Belqrad radiosunun efirində danışıb.
O bildirib ki, üç-dörd aydan da əvvəl istefa verə bilər, lakin yekun qərar hələ qəbul edilməyib.
Vuçiçin sözlərinə görə, artıq prezident iqamətgahından şəxsi əşyalarını toplamağa başlayıb, lakin bununla yanaşı “heç bir sürpriz olmayacağını” vurğulayıb.
Dövlət başçısı həmçinin parlament seçkilərində baş nazir postuna namizəd kimi iştirak etmək variantı üzərində mütəmadi düşündüyünü qeyd edib.
Aleksandar Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya Prezidenti seçilib və 2022-ci ildə yenidən bu vəzifəyə seçilib. Onun hazırkı prezidentlik müddəti 2027-ci ildə başa çatır.
Daha əvvəl Serbiyada parlament seçkilərinin payızda, sentyabrın sonundan noyabrın ortalarınadək olan dövrdə keçirilə biləcəyi barədə məlumat yayılmışdı.
Parlamentin sədri Ana Brnabiç bildirmişdi ki, hakim “Serbiya Tərəqqi Partiyası” Vuçiçi baş nazir postuna namizəd göstərə bilər.
Sevinc Əliyeva
Ordu.az