Putin xaricdə yaşayan rusiyalıların əmlakının müsadirəsinə imkan verən qanunu imzalayıb

2026/06/1780682968.jpg
Oxunub: 176     21:31     10 İyun 2026    
Rusiya Prezidenti Vladimir Putin xaricdə yaşayan Rusiya vətəndaşlarının müəyyən inzibati hüquqpozmalar törətməsi halında onların əmlakının müsadirə olunmasına imkan yaradan qanunu imzalayıb.

Ordu.az xəbər verir ki, yeni qanun Rusiya qanunvericiliyində “Rusiya Federasiyasının maraqlarına qarşı yönəlmiş fəaliyyətlər” kimi qiymətləndirilən hüquqpozmalarla bağlı tədbirlərin tətbiqini nəzərdə tutur.

Sənəd həmçinin İnzibati Xətalar Məcəlləsinin xaricdə yaşayan rusiyalıların məsuliyyətə cəlb oluna biləcəyi maddələrinin siyahısını genişləndirir.

Bu siyahıya dövlət orqanlarının və vəzifəli şəxslərin təhqir edilməsi, Rusiya Silahlı Qüvvələrinin “nüfuzdan salınması”, eləcə də Rusiyaya qarşı sanksiyaların tətbiqinə açıq çağırışlarla bağlı müddəalar daxil edilib.

Qanuna əsasən, qeyd olunan inzibati hüquqpozmalar üzrə təqsirli bilinən şəxslərin ölkə xaricində yaşamalarından asılı olmayaraq onların əmlakına qarşı müvafiq tədbirlər tətbiq oluna biləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin