BMT Təhlükəsizlik Şurası Dağıstanda törədilən terror aktlarını pisləyib

2024/05/1716870323.jpg
Oxunub: 195     23:14     26 İyun 2024    
BMT Təhlükəsizlik Şurası (TŞ) Dağıstanda törədilən terror aktlarını kəskin şəkildə pisləyib.

Ordu.az-ın məlumatına görə, bu barədə BMT Təhlükəsizlik Şurasının mətbuata yaydığı bəyanatda deyilir.

“BMT Təhlükəsizlik Şurasının üzvləri iyunun 24-də Dağıstanda törədilən iyrənc və qorxaq terror aktını qəti şəkildə pisləyiblər”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Təhlükəsizlik-Şurası   Dağıstan  


Bizi "telegram"da izləyin