“Airbus” təkmilləşdirilmiş NH90 helikopter prototipinin sınaqlarına başlayıb

2024/06/nehed-1719473470.jpg
Oxunub: 406     18:30     29 İyun 2024    
“Airbus Helicopters” Fransa üçün hazırlanmış qabaqcıl NH90 2 prototipi üçün uçuş sınaqlarına başladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Safran Euroflir 410” elektro-optik sisteminə özünümüdafiə silahı uyğunluğu ilə daha böyük arxa sürüşən pəncərələr, yeni rəqəmsal xəritəçəkmə sistemi və üçüncü ekipaj üzvü üçün yer daxildir.

Məlumata görə, sınaqlar “Airbus”, “Leonardo” və “Fokker Aerostructures” şirkətlərinin birgə müəssisəsi olan “NHIdustries” tərəfindən NATO Helikopter İdarəetmə Agentliyi ilə birgə həyata keçirilib.

Bu açıqlama “Airbus”un 2023-cü ildə Fransa ordusu üçün daha əvvəl sifariş edilmiş 10 helikopterdən əlavə 8 təkmilləşdirilmiş NH90 helikopter variantının tədarükü ilə bağlı göstərişindən sonra verilib.

Bu sifarişlə Fransanın NH90 2 parkı 18-ə yüksələcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Airbus   NH90   Fransa  


Bizi "telegram"da izləyin