Livan ordusu: İsrailin zərbəsi nəticəsində general həlak olub

2026/05/1779768538.jpg
Oxunub: 305     14:17     06 İyun 2026    
Livan ordusu İsrailin hərbi avtomobilə endirdiyi zərbə nəticəsində üç hərbçinin, o cümlədən bir briqada generalının həlak olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Livan Silahlı Qüvvələrinin yaydığı bəyanatda bildirilib.

Məlumata görə, Nəbatiyyə bölgəsində Kəfr-Tibnit və Harbital yaşayış məntəqələri arasındakı yolda hərbi avtomobilə endirilən zərbə nəticəsində briqada generalı, kapitan və bir əsgər həyatını itirib.

Bəyanatda qeyd olunub ki, hücum iyunun 6-da həyata keçirilib və nəticədə Livan ordusunun yüksək rütbəli zabiti, kiçik zabiti və bir hərbçisi həlak olub.

Hadisəyə münasibət bildirən Livan Silahlı Qüvvələrinin komandanlığı vurğulayıb ki, İsrailin ölkəyə, xalqa və orduya qarşı mütəmadi həyata keçirdiyi hücumlar onların dözümlülüyünü və müqavimət əzmini daha da gücləndirir.

Ordudan bildirilib ki, bu cür addımlar vəziyyətin nizamlanmasına yönəlmiş səyləri pozmağa, hərtərəfli atəşkəsin əldə olunmasına mane olmağa və “işğal altındakı Livan əraziləri”ndən İsrail qoşunlarının çıxarılmasını əngəlləməyə hesablanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin