Ermənistan Türkiyəyə qədər uzanan dəmir yolunun tikintisi üçün tender elan edib

2026/06/1780318360.jpg
Oxunub: 241     10:06     06 İyun 2026    
Ermənistan Türkiyə ilə sərhədə qədər Axurikdən uzanacaq dəmir yolu xəttinin tikintisi üzrə tender elan edib.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində bildirib.

“Biz artıq Axurik dəmir yolunun bərpası ilə bağlı tender elan etmişik. Ermənistanda bunu öz vəsaitimiz hesabına həyata keçirəcəyik. Rusiya bunu etməyəcək – bu, bizim mülkiyyətimizdir”, – deyə o vurğulayıb.

Paşinyan qeyd edib ki, layihə “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsü çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, 2026-cı ildə layihələrin praktiki icrasına başlanılması planlaşdırılır. Baş nazir əlavə edib ki, o və ABŞ Prezidenti Donald Tramp bunu səbirsizliklə gözləyirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin