Küveytdə aparıcı İrana dəstək paylaşımlarına görə həbs edilib

2026/06/1780748547.jpg
Oxunub: 249     16:10     06 İyun 2026    
Küveyt məhkəməsi dövlət televiziyasının aparıcısını sosial şəbəkələrdə İrana dəstək xarakterli paylaşımlar etdiyinə görə üç il müddətinə azadlıqdan məhrum edib.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata görə, söhbət əslən küveytli olan televiziya aparıcısı Zeynəb Daştidən gedir. Hakimiyyət orqanları onun internetdəki paylaşımlarını siyasi motivli və İrana dəstək xarakteri daşıyan materiallar kimi qiymətləndirib.

Küveyt Apellyasiya Məhkəməsi yaxın vaxtlarda əvvəlki hökmü qüvvədə saxlayaraq verilən şikayəti rədd edib. Zeynəb Daştinin işi son aylarda ölkənin media sahəsində ən çox müzakirə olunan məhkəmə proseslərindən birinə çevrilib və cəmiyyətdə geniş rezonans doğurub.

Demokratik azadlıqların genişləndirilməsini müdafiə edən hüquq müdafiə təşkilatları və fəallar da jurnalistlərə və siyasi fəallara qarşı məhdudiyyətlərin sərtləşdirilməsi ilə bağlı xəbərlər fonunda bu işə xüsusi diqqət ayırıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Küveyt   İran  


Bizi "telegram"da izləyin