Ordu.az xəbər verir ki, o, bunu Ottavada kanadalı həmkarı Anita Anand ilə birgə mətbuat konfransında bildirib.
"Biz Rusiya-Ukrayna müharibəsinin dialoq yolu ilə və beynəlxalq hüquq əsasında mümkün qədər tez bitməsini istəyirik. Hazırda diplomatik prosesdə durğunluğun, münaqişənin şiddətlənməsinin və hər iki tərəfin hərbi uğura nail olmağa diqqət yetirməsinin şahidi oluruq. Diplomatik proses mümkün qədər tez bərpa olunmalıdır. Bu kontekstdə, əvvəllər hər iki tərəfə dediyim kimi, beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirəm ki, biz Rusiya və Ukrayna nümayəndə heyətlərini ölkəmizdə danışıqlar masasında bir araya gətirməyə hazırıq", - deyə o əlavə edib.
Ordu.az