Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Trampın sözlərinə görə, İran Hörmüz boğazından keçən gəmilərə doğru azı dörd zərbə PUA-sı buraxıb.
O bildirib ki, PUA-lardan biri iri yük gəmisinin üst göyərtəsinə zərbə endirib və müəyyən ziyan vurub. Bununla belə, gəmi hərəkətini davam etdirib.
ABŞ Prezidenti əlavə edib ki, Amerika qüvvələri digər üç PUA-nı məhv edib və baş verənləri atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirib.
Sevinc Əliyeva
Ordu.az