Gümrü bələdiyyə sədrinin sabiq mətbuat katibi saxlanılıb

2026/06/1782491482.jpg
Oxunub: 226     20:28     26 İyun 2026    
Gümrü bələdiyyə sədrinin sabiq mətbuat katibi Hasmik Virabyan cinayət işi üzrə aparılan ibtidai istintaq çərçivəsində saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı Gümrü bələdiyyə sədrinin sabiq mətbuat katibi H.V. xüsusilə külli miqdarda dələduzluq etmək ittihamı ilə saxlanılıb.

İstintaqın maraqları nəzərə alınaraq iş üzrə əlavə təfərrüatlar açıqlanmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gümrü   Həbs  


Bizi "telegram"da izləyin