Gürcüstan parlamentinin sonuncu iclasında deputatlar dava edib

2025/04/1744724907.jpg
Oxunub: 198     19:46     26 İyun 2026    
Gürcüstan parlamentinin yaz sessiyası başa çatıb.

Ordu.az "Report"a istinadən xəbər verir ki, sessiyanın son plenar iclası hökumətin illik fəaliyyət hesabatının təqdim edilməsinə həsr olunub. İclasda Baş nazir İrakli Kobaxidze hökumətin ötən dövrdə gördüyü işlər barədə deputatlar qarşısında hesabat verib.

Plenar iclasın sonunda parlamentdə gərginlik yaşanıb. "Gürcü Arzusu" hakim partiyasının deputatları ilə "Qaxaria Gürcüstan naminə" fraksiyasının üzvləri arasında mübahisə fiziki qarşıdurmaya çevrilib. Deputatlar arasında yumruq davası baş verib.

Qarşıdurmadan sonra parlamentin yaz sessiyası dövlət himninin səsləndirilməsi ilə rəsmən bağlanıb.Mövcud məlumata əsasən, parlamentin payız sessiyası sentyabrın 1-də başlayacaq. Hazırda parlamentin növbədənkənar iclasının çağırılması nəzərdə tutulmur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Parlament  


Bizi "telegram"da izləyin