Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin dövlət xəbər agentliyi WAM məlumat yayıb.
Telefon danışığı zamanı Abdullah bin Zayed Al Nəhyan əldə olunmuş razılaşmanın bütün şərtlərinə tam əməl edilməsinin, o cümlədən regionda hərbi əməliyyatların dayandırılmasının vacibliyini vurğulayıb.
O, dövlətlərin suverenliyinə və mehriban qonşuluq prinsiplərinə hörmət edilməsinin, beynəlxalq hüquqa ciddi riayət olunmasının, həmçinin dəniz yollarının qorunmasının və beynəlxalq gəmiçiliyin sərbəstliyinin təmin edilməsinin əhəmiyyətini qeyd edib. Nazir xüsusilə Hörmüz boğazından maneəsiz keçidin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Abdullah bin Zayed Al Nəhyan eyni zamanda ABŞ ilə İran arasında aparılan danışıqların müsbət nəticə verəcəyinə, regionda davamlı təhlükəsizlik və sabitliyin təmin olunacağına ümid etdiyini bildirib.
Onun sözlərinə görə, ciddi diplomatiya və məsuliyyətli dialoq həm regional, həm də beynəlxalq böhranların həlli üçün ən səmərəli vasitə olaraq qalır.
Sevinc Əliyeva
Ordu.az