Ermənistan AES-in 2-ci enerji blokunun istismar müddətinin uzadılması işlərinin gedişi təqdim olunub

2026/06/1782487578.jpg
Oxunub: 223     19:23     26 İyun 2026    
Ermənistan Atom Elektrik Stansiyasının 2-ci enerji blokunun istismar müddətinin uzadılması istiqamətində həyata keçirilən işlərin cari vəziyyəti müzakirə edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Bildirilib ki, erməni nazir David Xudatyan baş nazirin müavini Mher Qriqoryan ilə birlikdə Ermənistan Atom Elektrik Stansiyasına səfər edib.

“Əvvəlcə nümayəndə heyəti stansiyada baxış keçirib, daha sonra geniş tərkibli işgüzar müşavirə təşkil olunub.

Müşavirədə nazir müavini Narek Apitonyan, AES-in direktoru Eduard Martirosyan, İctimai Xidmətləri Tənzimləmə Komissiyasının sədri Mesrop Mesropyan, Nüvə Təhlükəsizliyi Komitəsinin direktor səlahiyyətlərini icra edən Xaçatur Xaçikyan və energetika sisteminə daxil olan şirkətlərin rəhbərləri iştirak ediblər.

Müşavirə zamanı Eduard Martirosyan AES-in 2-ci enerji blokunun istismar müddətinin uzadılması istiqamətində görülən işlərin gedişi barədə məlumat verib.

Görüşdə energetika sahəsinə aid bir sıra digər mühüm məsələlər də müzakirə olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AES  


Bizi "telegram"da izləyin