İran XİN Körfəz ölkələrinə xəbərdarlıq edib

2026/06/1781259696.jpg
Oxunub: 268     17:52     26 İyun 2026    
İran Xarici İşlər Nazirliyi ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin birgə bəyanatını tənqid edib.

Ordu.az xəbər verir ki, İran tərəfi bəyanatın regiondakı vəziyyətin sabitləşməsinə töhfə vermədiyini qeyd edib.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir ki, ABŞ Dövlət Katibi və Körfəz Əməkdaşlıq Şurası Xarici İşlər Nazirlərinin 25 iyun 2026-cı il tarixli bəyanatında göstərilən mövqeləri aqressiv, məsuliyyətsiz və təxribatçı hesab edir və bölgədə davam edən hərbi hərəkətlər və müdaxilə barədə xəbərdarlıq edir.

Qeyd olunur ki, indi həmişəkindən daha çox ABŞ-nin bölgədəki hərbi mövcudluğunun sadəcə bölgə xalqları üçün bir yük və qeyri-sabitlik və bölünmə amili olduğu aydındır. Tehran öz növbəsində yerli dövlətlərin bölgədəki Amerika qoşunlarının mövcudluğuna münasibətlərini yenidən nəzərdən keçirəcəklərinə ümid etdiyini bildirib.

İran Xarici İşlər Nazirliyi Körfəz ölkələrinə ABŞ-nin İranın nüvə proqramı ilə bağlı bəyanatlarını dəstəkləməməyi, əksinə Yaxın Şərqdə nüvə silahından azad zonanın yaradılmasını təşviq etməyi tövsiyə edib.

Xatırladaq ki, Bəhreyndə ABŞ və Körfəz Əməkdaşlıq Şurası ölkələri arasında nazirlər səviyyəsində görüş keçirilib və nəticədə birgə bəyanat qəbul edilib. Tərəflər Hörmüz boğazı üzərində rüsum, ödəniş və ya nəzarət tətbiq etmək cəhdlərini qəti şəkildə rədd edərək, sərbəst, qeyd-şərtsiz və məhdudiyyətsiz naviqasiyanın vacibliyini vurğulayıblar. Tərəflər ABŞ və İran arasında anlaşma memorandumunu alqışlayıblar, lakin İranın nüvə silahı əldə etməsinin qarşısını almağın və regional İranpərəst qüvvələrə dəstəyini dayandırmağın vacibliyini vurğulayıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran-XİN   Körfəz-ölkələri  


Bizi "telegram"da izləyin