Rusiya XİN: Paşinyan Ermənistanın AİB üzvlüyü ilə bağlı müzakirələri demaqogiya sahəsinə keçirir

2026/06/1782479591.jpg
Oxunub: 264     17:07     26 İyun 2026    
“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü ilə bağlı müzakirələri demaqogiya səviyyəsinə endirir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamasında bildirilib.

Zaxarova qeyd edib ki, bu vəziyyət Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün “dondurulması” ilə bağlı əvvəlki müzakirələr zamanı da müşahidə olunmuşdu.

Diplomatın sözlərinə görə, Rusiya XİN Ermənistan Baş nazirinin 2026-cı il iyunun 25-də hökumət iclasında səsləndirdiyi fikirlərlə tanış olub.

“Görünür ki, Ermənistanın Baş naziri müzakirələri yenidən demaqogiya sahəsinə yönəldir, necə ki, bu, KTMT-yə üzvlüyün ‘dondurulması’ məsələsində də baş vermişdi”, - Zaxarova bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin