Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestri 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən konsertdə çıxış edib - FOTOLAR

2026/06/f4337-1782472526.jpg
Oxunub: 265     14:36     26 İyun 2026    
Ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestri Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən konsertdə çıxış edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət himni və Türkiyə Respublikasının İstiqlal marşı səsləndirilib.

Konsert proqramında hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının müasir və klassik əsərlərindən ibarət musiqi parçaları təqdim olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Türkiyə   Azərbaycan   MN  


Bizi "telegram"da izləyin