Ordu.az xəbər verir ki, o, jurnalistlərlə söhbətində heç bir variantın istisna edilməməli olduğunu bildirib.
“Küçə mübarizəsindən danışırıqsa, bu özlüyündə məqsəd deyil. Təşkilatçı perspektivdə ən azı müəyyən uğur ehtimalı görməlidir. Əks halda, nəticə əldə olunmasa, insanlarda məyusluq yaranır”, - deyə Köçəryan bildirib.
O əlavə edib ki, belə bir variant gündəmdə mövcuddur.
Erməni deputatın sözlərinə görə, istər seçkilər, istərsə də küçə mübarizəsi olsun, bu, tək bir siyasi qüvvənin işi deyil.
“Hayastan” və “Güclü Ermənistan” blokları arasında müzakirələrin aparılıb-aparılmadığı ilə bağlı suala Köçəryan müsbət cavab verib və münasib vaxtda bununla bağlı açıqlama veriləcəyini bildirib.
O həmçinin qeyd edib ki, Robert Köçəryan və Samvel Karapetyan hələ görüşməyiblər, lakin ehtiyac yaranarsa, görüş və ya telefon danışığı baş tuta bilər.
Küçə mübarizəsi ilə bağlı danışan Köçəryan vurğulayıb ki, bu proses emosiyalar üzərində deyil, hesablanmış şəkildə qurulmalıdır və əvvəlki səhvlərdən nəticə çıxarılmalıdır.
Alpər Mövludoğlu
Ordu.az