Almaniya Ukraynaya 200 milyon dollar ayıracaq

2025/02/1739592886.jpg
Oxunub: 183     12:08     18 İyun 2026    
Almaniya PURL mexanizmi çərçivəsində Ukraynaya 200 milyon dollar ayıracaq.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə ABŞ-nin silah və sursatlarının alınmasının maliyyələşdirildiyi PURL mexanizminə artıq dördüncü dəfədir ki, qoşulur. Almaniya hava hücumundan müdafiə sistemləri üçün zəruri sursatlara vəsait ayıracaq.

Bundan əlavə, B.Pistorius qeyd edib ki, Almaniya "Patriot" sistemləri üçün raketlərin alınmasını nəzərdə tutan "Jumpstart" proqramını dəstəkləyəcək: "Biz həmçinin 200 milyon dollar ayıraraq "PAC-3" raketlərinin alınması prosesinə qoşulmağa razılaşdıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ukrayna  


Bizi "telegram"da izləyin