Ermənistan MSK səsvermənin icmalar üzrə nəticələrini açıqlayıb

2026/06/1780982125.jpg
Oxunub: 171     12:14     18 İyun 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səsvermənin icmalar üzrə nəticələrini təqdim edib.

Ordu.az xəbər verir ki, Ermənistan MSK seçkilərin ilkin nəticələrinə dair məlumatları ictimaiyyətə açıqlayıb.

Məlumata görə, səslər aşağıdakı şəkildə bölüşdürülüb:

“Vətəndaş Müqaviləsi” partiyası - 49,8 faiz
“Güclü Ermənistan” Partiyası - 23,2 faiz
“Hayastan” bloku - 9,9 faiz

Parlamentə düşmək üçün tələb olunan seçki baryeri 4 faiz təşkil edib. “Çiçəklənən Ermənistan” Partiyası 3,98 faiz səs topladığı üçün parlamentdə təmsil olunmaq hüququ qazana bilməyib.

Eyni zamanda müxalif qüvvələrin seçkilərin nəticələrindən narazı olduqları və nəticələrin Konstitusiya Məhkəməsində mübahisələndirilməsi üçün hazırlıq gördükləri bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Seçki  


Bizi "telegram"da izləyin