Vasip Şahin: "Süni intellekt yalnız texnoloji deyil, həm də hüquqi çağırışdır"

2026/06/Ekran-1781770697.jpg
Oxunub: 131     12:02     18 İyun 2026    
Süni intellekt yalnız texnoloji inkişaf deyil, eyni zamanda sosial, mədəni və hüquqi aspektləri əhatə edən qlobal çağırışdır.

Ordu.az xəbər verir ki, bunu Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Vasip Şahin "Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər" mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O, Bakı Sammitinin süni intellektin yaratdığı imkanlar və risklərin müzakirəsi baxımından mühüm platforma olduğunu vurğulayıb:

"Bu gün dünyada ən vacib gündəm mövzularından biri süni intellektdir. Bu məsələnin insan hüquqları institutları tərəfindən beynəlxalq formatda müzakirə olunması çox əhəmiyyətlidir".

Onun sözlərinə görə, Türkiyədə süni intellektin tətbiqi və tənzimlənməsi istiqamətində ciddi işlər həyata keçirilir:

"Bu, sadəcə texniki və texnoloji inkişaf məsələsi deyil. Eyni zamanda sosial, mədəni və xüsusilə hüquqi baxımdan möhkəm əsasların yaradılmasını tələb edən bir prosesdir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vasip-Şahin   Süni-intellekt  


Bizi "telegram"da izləyin