Əli Əhmədov: "Azərbaycan və Rusiya arasında humanitar əməkdaşlıq etimadı möhkəmləndirir"

2023/07/64c20-3380878820.jpg
Oxunub: 153     10:35     18 İyun 2026    
Azərbaycan və Rusiya arasında elm, təhsil və səhiyyə sahələrində əməkdaşlıq ardıcıl olaraq inkişaf edir və iki ölkənin maraqlarına cavab verir.

Ordu.az xəbər verir ki, bu barədə parlament sədrinin birinci müavini Əli Əhmədov Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 24-cü iclasında bildirib.

Ə.Əhmədovun sözlərinə görə, ikitərəfli qarşılıqlı fəaliyyətin mühüm istiqaməti ali təhsil müəssisələri arasında tərəfdaşlıq, ikili diplom proqramlarının həyata keçirilməsi və tələbələrin akademik mobilliyinin genişləndirilməsidir.

O qeyd edib ki, təhsil əlaqələrinin möhkəmləndirilməsində Rusiya ali təhsil müəssisələrinin Azərbaycandakı filiallarının, xüsusən də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəaliyyəti xüsusi yer tutur:

"Bu məsələlərin müzakirəsi parlamentlərarası dialoqun daha da inkişaf etdirilməsi, humanitar qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, elmi-təhsil mübadilələrinin genişləndirilməsi və səhiyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm amili olacaq".

Ə.Əhmədov əlavə edib ki, bu istiqamətlərdə qarşılıqlı fəaliyyətin ardıcıl inkişafı iki ölkənin peşəkar cəmiyyətləri arasında etimadı möhkəmləndirir və Azərbaycan ilə Rusiya arasında tərəfdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əli-Əhmədov   Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin