“Güclü Ermənistan” alyansının deputatlığa namizədi 2 ay müddətinə həbs edilib

2026/06/1781763270.jpg
Oxunub: 199     10:09     18 İyun 2026    
“Güclü Ermənistan” alyansının deputatlığa namizədi David Qaziniyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Məhkəməsi qərar qəbul edib.

Məhkəmə Antikorrupsiya Komitəsinin təqdim etdiyi vəsatəti təmin edərək Qaziniyanın iki ay müddətinə həbs olunmasına qərar verib.

Xatırladaq ki, bundan əvvəl Mərkəzi Seçki Komissiyası Prokurorluğun David Qaziniyanın toxunulmazlığının ləğv edilməsi ilə bağlı təqdimatını qəbul etmişdi. O, ötən gün saxlanılmışdı.

Ermənistan Antikorrupsiya Komitəsinin yaydığı məlumatda bildirilirdi ki, aparılan əməliyyat tədbirləri nəticəsində “Güclü Ermənistan” partiyasının İrəvanın Arabkir inzibati rayonundakı qərargahında məsul şəxs təyin olunmuş şəxslərin, eləcə də deputatlığa namizəd David Qaziniyanın partiya tərəfdarları və onlarla əməkdaşlıq edən bir qrup şəxslə əvvəlcədən razılaşaraq seçicilərə seçki rüşvəti vəd etdikləri və verdikləri barədə faktlar əldə olunub.

Faktla bağlı Ermənistan Antikorrupsiya Komitəsində cinayət işi başlanıb. Bir sıra şəxslər saxlanılıb, axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qaziniyan  


Bizi "telegram"da izləyin