Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri TASS agentliyində dərc olunmuş materiala istinadən yazıb.
Məqalədə bildirilir ki, Bruno Skapini TASS-a müsahibəsində seçkilərin nəticələrinin onu təəccübləndirmədiyini, lakin ciddi şəkildə məyus etdiyini söyləyib.
“Mən nəticəyə təəccüblənmədim, lakin çox məyus oldum. Pozuntular gözlənilən idi”, - deyə keçmiş diplomat bildirib.
Skapininin sözlərinə görə, Avropanın birbaşa müdaxiləsi seçkilərdən cəmi bir ay əvvəl İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti ilə əlaqəlidir. O qeyd edib ki, həmin tədbirdə Ermənistanla Avropa İttifaqı arasındakı münasibətlərə seçkilərin nəticələrinin birbaşa təsir göstərə biləcəyi barədə bəyanatlar səsləndirilib.
Məqalədə vurğulanır ki, Skapini bunu Nikol Paşinyan üçün yaradılmış “Avropa təhlükəsizlik şəbəkəsi” kimi qiymətləndirib.
Keçmiş səfir həmçinin bildirib ki, Ermənistan Apostol Kilsəsinin dəstəklədiyi müxalifət güclənir və hakimiyyət tərəfindən təzyiqlər və təqiblərlə üzləşir.
“Paşinyan müxalifəti susdurmaq üçün terror üsullarına əl atır, cinayət təqiblərindən istifadə edir. Seçkilər ərəfəsində həbslər də baş verib”, - deyə Skapini qeyd edib.
O əlavə edib ki, Paşinyanın əsas dəstəyi regionlarda cəmləşib və həmin ərazilərdə ictimai rəyə təsir göstərmək daha asandır.
“Mən hesab edirəm ki, bu seçkilərin nəticələrinə etiraz edilməlidir”, - deyə keçmiş diplomat vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az