“Axios”: Tramp Makronla şam yeməyi zamanı ABŞ ilə İran arasında memorandumu imzalayıb

2026/05/1778482583.jpg
Oxunub: 227     10:22     18 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında anlaşma memorandumunu elektron qaydada imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-nin “Axios” portalının və İsrailin 12-ci televiziya kanalının müxbiri Barak Ravid mənbələrə istinadən “X” sosial şəbəkəsində paylaşım edib.

Məlumata görə, Tramp 2026-cı il iyunun 17-də sənədi Fransa Prezidenti Emmanuel Makronla Versal sarayında keçirilən şam yeməyi zamanı şəxsən imzalayıb.

“Prezident Tramp sazişin nüsxəsini Makronla Versal sarayında keçirilən şam yeməyi zamanı şəxsən imzalayıb. İmzalanmış sənədin fotosu iranlılara və vasitəçi ölkələrə göndərilib”, - deyə Barak Ravid bildirib.

Ravid daha əvvəl qeyd etmişdi ki, Vaşinqton administrasiyası ABŞ ilə İran arasında anlaşma memorandumunun elektron qaydada imzalandığı andan qüvvəyə mindiyini hesab edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Makron  


Bizi "telegram"da izləyin