Tramp və Makron Versalda görüş zamanı “güc əl sıxması” nümayiş etdiriblər

2026/06/1781763308.jpg
Oxunub: 173     10:13     18 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makron Versalda keçirdikləri görüş zamanı qeyri-adi salamlaşma jesti ilə diqqət çəkiblər.

Ordu.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Məlumata görə, Tramp Evian-le-Benə səfərindən sonra Versala zirehli prezident avtomobili ilə gəlib. Emmanuel Makron isə amerikalı lideri qarşılamaq üçün müşayiətçilərini geridə qoyaraq limuzinin qapısına qədər yaxınlaşıb.

Standart əl sıxmasından sonra liderlər salamlaşmanı fərqli jestlə davam etdiriblər. Onlar sağ əlləri ilə bir-birlərinin əlini elə formada sıxıblar ki, bu, idman yarışlarında nümayiş etdirilən güc mübarizəsini xatırladıb.

Müşahidəçilərin fikrincə, təşəbbüs bir liderdən digərinə keçib, Tramp isə bir neçə dəfə əl sıxmasını daha da gücləndirib və jesti Makronun çiyninə toxunmaqla müşayiət edib.

Salamlaşma başa çatdıqdan sonra liderlər söhbətlərini davam etdirərək Fransa Prezidentinin həyat yoldaşı Bricit Makronun yanına yaxınlaşıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Makron  


Bizi "telegram"da izləyin