“Hraparak”: Obyekt Ermənistan MTX-nin diqqət mərkəzindədir

2026/06/1781768850.jpg
Oxunub: 191     11:44     18 İyun 2026    
“Hakimiyyət ABŞ-nin “Firebird AI” şirkətinin Hrazdanda süni zəka məlumat emalı mərkəzinin tikintisi və qrafik prosessorların tədarükü ilə bağlı layihəsini böyük uğur kimi təqdim etsə də, obyekt eyni zamanda güc strukturlarının xüsusi nəzarəti altındadır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti Təhlükəsizlik Şurasının aparatına hesabat təqdim edib. Hesabatda qeyd olunur ki, 2026-cı ilin aprelindən etibarən Metyu Krou sözügedən mərkəzə dörd dəfə səfər edib.

Bildirilir ki, ilk səfər zamanı onu iqtisadiyyat nazirinin müavini Gevorq Meliksetyan müşayiət edib. Sonrakı səfərlərdə isə ABŞ səfirliyinin diplomatik vəzifə daşımayan digər əməkdaşları da iştirak ediblər.

“Krounun son iki səfəri zamanı mərkəzə xüsusi qoruyucu konteynerlərlə təchiz edilmiş avadanlıqlar daşıyan iki yük maşını daxil olub. Bu cür nəzarət tədbirləri adətən müdafiə təyinatlı obyektlərlə bağlı həyata keçirilir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin