Ordu.az Haitinin "Gazette Haiti" nəşrinə istinadən xəbər verir ki, bu barədə o, Port-o-Prensə səfəri zamanı mətbuat konfransında bildirib.
"Beynəlxalq ictimaiyyəti səfərbər edə bilmədiyimə görə üzr istəyirəm", - o deyib.
O həmçinin cinayətkar dəstələrin əməlləri nəticəsində həlak olanların ailələrindən üzr istəyib və qeyd edib ki, BMT-nin Haitiyə humanitar yardım üzrə 2026-cı il üçün 880 milyon dollar həcmindəki planı dörddə birindən də az maliyyələşdirilib.
BMT-nin məlumatına görə, ölkədə azı 1,5 milyon insan zorakılıq səbəbindən öz evlərini tərk etmək məcburiyyətində qalıb, əhalinin təxminən yarısı isə kəskin ərzaq qıtlığından əziyyət çəkir.
Quterreş dünya ictimaiyyətinin Haitinin problemlərindən üz çevirməməli olduğunu vurğulayaraq bu vəziyyətdəki biganəliyi "ən böyük rüsvayçılıq" adlandırıb.
Ordu.az