Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Evian-le-Bendən Parisə gələrkən Orli hava limanında jurnalistlərə açıqlamasında bildirib.
"Mən USMCA-nın olmamasına üstünlük verərdim. Onu imzalamamağı, qüvvədən düşməsini üstün tutardım", - amerikalı lider qeyd edib.
Onun sözlərinə görə, ABŞ-yə "bu saziş olmadan daha yaxşı olardı".
"Mən sazişin olmamasını üstün tutardım. Lakin mən onu imzalaya bilərəm", - Tramp USMCA-nın qüvvəsinin uzadılması imkanını nəzərdə tutaraq əlavə edib.
Ordu.az