İlham Əliyev: "Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib"

2026/06/1781761420.jpg
Oxunub: 211     09:27     18 İyun 2026    
Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib:

"Bütün bunlar onu göstərir ki, bizim fəaliyyətimizin gündəliyi çoxşaxəlidir. Ölkə genişmiqyaslı enerji təşəbbüslərinin müəllifi və həyata keçiricisi kimi tanınır. Azərbaycan Avrasiya bölgəsində iri enerji infrastruktur layihələrinin təşəbbüskarı və icraçısı kimi çıxış edib. Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib. Xüsusilə hazırkı dövrdə, enerji təchizatı marşrutlarının təhlükəsizliyinin və dayanıqlılığının böyük əhəmiyyət daşıdığı bir vaxtda bu rol daha da ön plana çıxır. Enerji təhlükəsizliyi bu gün bütün ölkələr üçün ən vacib meyarlardan biridir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Azərbaycan  


Bizi "telegram"da izləyin