Təhlükə siqnalı verən Soçi-Arxangelsk reysinin təyyarəsi Soçiyə eniş edib

2026/04/1777044381.jpg
Oxunub: 234     08:18     18 İyun 2026    
Qara dəniz üzərində təhlükə siqnalı verən Soçi-Arxangelsk reysini yerinə yetirən sərnişin təyyarəsi uğurla Soçi hava limanına qayıdıb.

Ordu.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Məlumata görə, “Smartavia” aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsinin ekipajı texniki nasazlıq səbəbindən uçuşu davam etdirməmək və çıxış hava limanına geri dönmək qərarı qəbul edib.

“Rosaviasiya”nın açıqlamasında qeyd olunub ki, ilkin məlumatlara əsasən, təyyarədə texniki problem aşkar edildiyi üçün ekipaj təhlükəsizlik məqsədilə geri qayıtmağa üstünlük verib.

Təyyarə uğurla eniş edib və hadisə nəticəsində xəsarət alan olmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Soçi   Arxangelsk  


Bizi "telegram"da izləyin