İlham Əliyev: "Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir"

2026/06/1781761473.jpg
Oxunub: 185     09:31     18 İyun 2026    
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində deyib.

Dövlət başçısı Azərbaycanın xarici borcları ilə bağlı müəyyən işlər gördüklərini, son illər ərzində nailiyyətlər əldə olunduğunu bildirib:

"Bu gün xarici borc Azərbaycan ÜDM-nin yalınız 6 %-ni təşkil edir. Biz yenidən vəsaitləri cəlb etməyə başlamışıq. Burada ilk maliyyə təsisatlarından biri İslam İnkişaf Bankı Qrupu idi. Çünki bizim həmin təsisatla çox güclü əlaqələrimiz var, müştərək tariximiz mövcuddur. Biz yekun nəticədə qeyri-neft sektoruna əlavə dəyər verəcəyik".

İlham Əliyev həmçinin vurğulayıb ki, xarici borcun səviyyəsinin aşağı olması üstünlükdür:

"Biz daha çox bununla bağlı vəsaitlər cəlb edə bilərik. Lakin ehtiyatlı olmalıyıq. Bizim xarici valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfə üstələyir. Düşünürəm ki, bu baxımdan Azərbaycan aparıcı ölkələr sırasındadır, sabit maliyyə vəziyyəti var, tarazlaşmış büdcəsi mövcuddur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin