“Birliyin Qanadları” Ermənistan MSK-nin qərarından məhkəməyə şikayət edib

2026/04/1775489688.jpg
Oxunub: 177     00:12     18 İyun 2026    
“Birliyin Qanadları” partiyası parlament seçkiləri ilə bağlı Ermənistan Mərkəzi Seçki Komissiyasının qərarının etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda bildirilib.

Məlumata görə, partiya Ermənistan İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edib.

Bəyanatda qeyd olunub ki, “Birliyin Qanadları” partiyası əvvəlcədən açıqladığı mövqeyə sadiq qalaraq Mərkəzi Seçki Komissiyasının 14 iyun tarixli 258-A saylı qərarının etibarsız hesab olunmasını tələb edir.

Partiya nümayəndələri seçkilərlə bağlı qərarın hüquqi baxımdan yenidən qiymətləndirilməsinin vacib olduğunu bildiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Seçki  


Bizi "telegram"da izləyin