Ordu.az xəbər verir ki, bu barədə Samvel Karapetyan redaktorlarla müsahibəsində danışıb.
O bildirib ki, seçkilərdən əvvəl müxalif düşərgə ciddi səhvə yol verib və bir sıra qüvvələr öz imkanlarını olduğundan yüksək qiymətləndiriblər.
“Bir çox müxalif qüvvələrlə razılığa gələ bilmədik. Buna görə də ölkəmiz və xalqımız üçün bu birliyin yaradılması çox vacibdir. Düşünürəm ki, ölkəmizi dəyərli hesab edən bütün müxalif qüvvələr bu çağırışa cavab verəcək və biz mütləq seçkilərdən sonrakı müxalifət koalisiyasını formalaşdıracağıq”, - deyə Karapetyan vurğulayıb.
Erməni partiya lideri, həmçinin əlaqələndirici şuranın yaradılmasını təklif edib.
Onun sözlərinə görə, bütün problemlər canlı yayım vasitəsilə müzakirə edilməli, cəmiyyətə açıq şəkildə təqdim olunmalı və xalqın fikri nəzərə alınaraq addımlar atılmalıdır.
Alpər Mövludoğlu
Ordu.az