Ordu.az xəbər verir ki, Türkiyənin 50-dən çox şirkətlə təmsil olunduğu “Eurosatory 2026” sərgisi çərçivəsində yerli müdafiə sənayesi şirkətləri yeni əməkdaşlıqlar qurmağa davam edir.
Peyk və görüş xətti rabitə texnologiyaları sahəsində fəaliyyət göstərən “CTech” sərgidə öz imkanlarını nümayiş etdirməklə yanaşı, yeni beynəlxalq tərəfdaşlıqlar da formalaşdırır.
Bu çərçivədə şirkət Böyük Britaniya mərkəzli “Espanaro” ilə potensial əməkdaşlıq istiqamətlərinin və gələcək iş imkanlarının qiymətləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.
“CTech” əməkdaşlıqla bağlı açıqlamasında bildirib ki, tərəflər arasında yaradılan bu tərəfdaşlıq təhlükəsiz rabitə həlləri və müdafiə texnologiyaları sahəsində yeni imkanların formalaşdırılmasına və qarşılıqlı fayda əldə edilməsinə töhfə verəcək.
Şirkət həmçinin məhsuldar görüşlərə və əməkdaşlıq niyyətinə görə “Espanaro” komandasına təşəkkür edib.
Sevinc Əliyeva
Ordu.az