Ordu.az xəbər verir ki, bu barədə “Marine Traffic” məlumat yayıb.
Şirkətin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunur ki, ABŞ və İran arasında diplomatik irəliləyiş müşahidə olunsa da, Hörmüz boğazında gəmi aktivliyi hələ də aşağı səviyyədədir.
Məlumata görə, ümumilikdə planlaşdırılan 15 keçiddən yalnız 5-i təsdiqlənib. Qeydə alınan keçidlərin əksəriyyəti aşağı riskli tranzit reyslərdən ibarət olub.
Bundan əlavə, “kölgə donanması”nın məhdud aktivliyi, eləcə də polad və DPP yükləri daşıyan üç ticarət reysi müşahidə edilib.
Mütəxəssislər hesab edirlər ki, bölgədəki geosiyasi vəziyyət və tərəflər arasında davam edən danışıqlar gəmiçilik fəaliyyətinə birbaşa təsir göstərməkdə davam edir.
Sevinc Əliyeva
Ordu.az