Ordu.az xəbər verir ki, daha əvvəl baş prokurorluq Robert Köçəryan, eləcə də deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseğyana qarşı cinayət təqibinə icazə verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Məlumata görə, Ruslan Barseğyan “Hayastan” blokunun seçki siyahısında 62-ci, Asatur Köçəryan isə 154-cü sırada yer alır.
Məsələ ilə bağlı Ermənistanın ikinci prezidentinin ofisi bəyanat yayıb. Bəyanatda bildirilir ki, bu addım iki gün əvvəl hava limanında baş vermiş qanunsuz hadisənin davamıdır.
Açıqlamada qeyd olunub ki, iki gün əvvəl İstintaq Komitəsi və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi heç bir cinayət işinin olmadığını bildirmişdi. Buna görə də prezidentin ölkədən çıxışına məhdudiyyət qoyulması qanunsuz hesab olunur.
Robert Köçəryanın ofisinin iddiasına görə, indi isə hökumətə bağlı prokurorluq sonradan iş formalaşdıraraq məsələni Mərkəzi Seçki Komissiyasına təqdim edib.
Alpər Mövludoğlu
Ordu.az