Roma Papası: "Vaşinqton-Tehran razılaşması Yaxın Şərqdə etimadı və təhlükəsizliyi möhkəmləndirəcək"

2026/06/1780491306.jpg
Oxunub: 118     15:59     17 İyun 2026    
Roma Papası XIV Lev ABŞ və İran arasındakı razılaşmanın Yaxın Şərqdə qarşılıqlı etimadın, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə pontifik "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"İran və ABŞ arasında iyunun 19-da imzalanacaq razılaşmanı dialoq çərçivəsindəki səbirli işin ümidverici nəticəsi kimi məmnuniyyətlə qarşılayıram. Tərəflər arasında görüşün təşkilinə kömək edən və bu razılaşmanın əldə olunmasını mümkün edən ölkələrə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, razılaşma xalqlar arasında dialoq və əməkdaşlığın inkişafına töhfə verərək, Yaxın Şərqdə qarşılıqlı etimadı, təhlükəsizliyi və sabitliyi möhkəmləndirməyə kömək edəcək", - XIV Lev qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Roma-Papası   Vaşinqton   Tehran  


Bizi "telegram"da izləyin