Ordu.az xəbər verir ki, bu barədə komitənin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, komitə əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində “Çiçəklənən Ermənistan” partiyasının nümayəndələrinin parlament seçkilərində öz partiyalarının lehinə səs verilməsi və tərəfdarların cəlb olunması müqabilində Lori vilayətinin Spitak icmasının Qoqaran yaşayış məntəqəsində və ətraf ərazilərdə yaşayan bir sıra seçicilərə seçki rüşvəti vermələri barədə faktiki məlumatlar əldə edilib.
Faktla bağlı Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində cinayət işi başlanıb. Bir neçə nəfər saxlanılıb və istintaq çərçivəsində müvafiq prosessual tədbirlər həyata keçirilib.
Alpər Mövludoğlu
Ordu.az