Uruqvay nəşri: Azərbaycan Şərqlə Qərb arasında mədəni körpü rolunu gücləndirir

2025/09/1758085450.jpg
Oxunub: 187     13:20     17 İyun 2026    
Monumental, arxeoloji və sənədli irsin qorunması Azərbaycan üçün milli çərçivələrdən kənara çıxan prioritet məsələdir.

Ordu.az xəbər verir ki, bu barədə Uruqvayın "Diario La R" nəşrinin Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin UNESCO-nun mənzil-qərargahında keçirilən tədbirlərdə iştirak etmək üçün Parisə səfərinə həsr olunmuş məqaləsində bildirilib.

Materialın müəllifi qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin Parisdəki görüşləri Bakının Şərqlə Qərb arasında tarixi mədəni körpü rolunu təsdiqləyir.

Məlumatda vurğulanıb ki, Azərbaycan öz beynəlxalq nüfuzunu möhkəmləndirmək və incəsənət, təhsil və mədəni müxtəlifliyə hörmət vasitəsilə sülhə, sabitliyə və qarşılıqlı anlaşmaya yönəlmiş təşəbbüsləri təşviq etmək üçün çoxtərəfli diplomatiya platformalarından fəal şəkildə istifadə edir.

"Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri xüsusi əhəmiyyət kəsb edir. Çünki o, həssas regionlarda mədəni irsin qorunması və qlobal humanitar əməkdaşlıq kanallarının gücləndirilməsi kimi yüksək sosial əhəmiyyətə malik sahələrdə uzunmüddətli əməkdaşlıq perspektivlərinə birbaşa toxunur", - məqalədə vurğulanır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Uruqvay   Azərbaycan   Şərq   Qərb  


Bizi "telegram"da izləyin