Mikayıl Cabbarov: "Qarabağın bərpasına ÜDM-in 3 %-i qədər yatırım edilir"

2026/06/Ekran-1781694383.jpg
Oxunub: 138     14:41     17 İyun 2026    
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpasına böyük həcmdə investisiyalar yatırır.

Ordu.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində "Azərbaycan ev sahibi və əlaqələndirici kimi: yaşıl transformasiya, regional inteqrasiya və strateji tərəfdaşlıq" mövzusunda Müdirlər Şurasının sədri ilə dialoq sessiyasında deyib.

Onun sözlərinə görə, dövlətin azad edilmiş ərazilərlə bağlı birbaşa maliyyə öhdəlikləri ölkənin ümumi daxili məhsulunun təxminən 3 %-i həcmindədir: "Bu investisiyalar ölkənin digər inkişaf proqramlarının maliyyələşdirilməsinə mənfi təsir göstərmədən həyata keçirilir".

M. Cabbarov əlavə edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları ümumi daxili məhsulun həcmindən çoxdur: "Məhz bu ehtiyatlar dövlətə genişmiqyaslı infrastruktur layihələrini və işğaldan azad edilmiş ərazilərin bərpasını maliyyələşdirməyə imkan verib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mikayıl-Cabbarov   Qarabağ   ÜDM  


Bizi "telegram"da izləyin