Starmer: "Rusiya freqatının La-Manşda atəş açması məsuliyyətsiz hərəkətdir"

2026/04/1777402005.jpg
Oxunub: 193     12:34     17 İyun 2026    
Böyük Britaniyanın Baş naziri Kir Starmer La-Manş bölgəsində Britaniya bayrağı altında üzən mülki yaxtanın yaxınlığında xəbərdarlıq atəşi açan Rusiya freqatının hərəkətlərini düşüncəsiz addım adlandırıb.

Ordu.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin başçısı Fransadakı G7 sammiti çərçivəsində bildirib.

"La-Manşda baş verənlər dərin narahatlıq doğurur. Belə bir hal baş verməməli idi. Bu, düşüncəsizlikdir və yaxtadakı cütlük, yəqin ki, dəhşət içində olub", - Britaniyanın Baş naziri vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Starmer   Rusiya  


Bizi "telegram"da izləyin