Tramp: “İranla saziş çox güclü olacaq”

2026/05/1779950914.jpg
Oxunub: 219     16:29     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp İranla əldə olunacaq razılaşmanın çox güclü xarakter daşıyacağını bildirib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə keçirdiyi ikitərəfli görüş zamanı danışıb.

Məlumata görə, iyun ayında İran və ABŞ iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılan memorandum üzərində işlərin başa çatdığını təsdiqləyiblər.

Gözlənilir ki, həmin memorandum Hörmüz boğazının yenidən tam şəkildə açılmasına imkan verəcək.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, memorandum imzalandıqdan sonra Tehran və Vaşinqton yekun sazişin hazırlanması üçün 60 gün ərzində danışıqlar aparacaqlar.

“Onlar heç vaxt nüvə silahına malik olmayacaqlar. Buna görə də bu, çox güclü sazişdir, son dərəcə güclü razılaşmadır. Hələ heç kim onun bütün detalları barədə məlumatlı deyil. Bu, çox təsirli sənəddir və görünür, insanların böyük əksəriyyəti bundan razıdır”, - deyə Tramp bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin